XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

14 Fevral 2018 - 18:48

23 yaşlı qızın küçədə faciəvi ölümü

Ətrafdakıların səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, dəhşətli hadisə İzmirdə baş verib. 23 yaşlı Hülya Tekbey qəfildən küçənin ortasında yanmağa başlayıb. Məhəllə sakinləri qızın səsinə hadisə yerində yığılaraq, onu qalın yorğanla söndürməyə çalışıblar. Daha sonra polis və təcili yardım köməyə gəlib. Lakin bütün cəhdlərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Səbəbi hələlik məlum olmayan hadisənin intihar, yoxsa cinayət olduğu da bəlli deyil.

Gununsesi.info