26 dəqiqə 38 saniyəyə dünya rekordunu yenilədi

  • By admin
  • 01 Dekabr 2019 16:48

Uqandalı yüngül atlet Coşua Çepteqei İspaniyanın Valensiya şəhərində keçirilən “World Athletics Silver Label”də 10 kilometr məsafəyə fərdi şosse yürüşündə yeni dünya rekorduna imza atıb.

Gununsesi.org bildirir ki, bu barədə Beynəlxalq Yüngül Atletika Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

İdmançı bu nəticəni cəmi 26 dəqiqə 38 saniyə ərzində göstərib. Bununla da o, keniyalı Leonard Komonun rekordunu yeniləyib. 2010-cu ildə Komon həmin məsafəni 26 dəqiqə 44 saniyəyə qət etmişdi.

23 yaşlı Çepteqei 10000 metr məsafəyə qaçış üzrə həqiqi dünya çempionudur. O, 2017-ci ildə Londonda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

 

Gununsesi.org