27 mindən çox insan elektrik enerjisiz qaldı, yüzlərlə aviareys təxirə salındı - RUSİYADA

  • Müəllif: admin
  • 01 İyul 2017 07:22

kulak-3

Rusiyanın Moskva şəhərində, Moskva, Kaluqa və Tula əyalətlərində gərgin hava şəraitinə görə 27 mindən çox insan elektrik enerjisiz qalıb.

Gununsesi.info-nun RİA Novosti-ə istinadla xəbər verir ki, sürəti saniyədə 18 metr olan külək yağışla müşayiət olunur. Bu cür hava şəraitinin iyulun 1-də də davam edəcəyi bildirilir.

Qeyd edək ki, siddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 120-yə yaxın aviareys təxirə salınıb.

Belə ki, “Domodedovo” aeroportunda 52, “Şeremetyevo”da 66, “Vnukovo”da isə 1 uçuş təxirə salınıb. “Domodedovo”da 6 aviareys ləğv edilib.

Gununsesi.info