278 nəfərin qətlini təşkil edən terrorçu həbs olundu

  • By admin
  • 03 May 2017 23:30

polis

 

Türkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinən Hacı Türmak tutulub.

Report xəbər verir ki, terrorçunu İraqın Ərbil şəhərində Türkiyə Milli İstiqbarat Təşkilatı və Silahlı Qüvvələrin xüsusi təyinatlılarından ibarət qrup saxlayıb.

Xəbərdə bildirilib ki, H.Türmakın təşkil etdiyi terror aktlarında 278 nəfər həlak olub. O, terrorçu PKK-nın qruplaşmasının qollarından biri sayılan TAK dəstəsinə başçılıq edib.

 

Gununsesi.info