28 yaşlı gəncin meyiti xəstəxana həyətində aşkarlandı

  • By admin
  • 26 Oktyabr 2016 11:50

52a66e7266cc32f35ad2d061e46e032f

Bakıda xəstəxananın həyətində meyit tapılıb.

Gununsesi.info bildirir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti aşkarlanıb.

Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Cəbiyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info