29 yaşlı məhbus təcridxanada intihar edib

  • By admin
  • 11 İyun 2017 22:38

intihar

 

Gəncədə yerləşən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında intihar olub.

APA-nın  verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq) maddəsi ilə 13 il 6 ay azadlıqdan məhrum edilən Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Şükürov Ruslan Nurəddin oğlu təcridxanada özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

 

Gununsesi.info