3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 11 Sentyabr 2016 20:26

b22a36f1b4000ef83885da4739f5ccd4

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 396-cı kilometrliyində, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ2106” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü və iki sərnişinləri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan iki nəfərinin xəsarəti yüngül olduğu üşün tibbi yardım göstərildikdən sonar evə buraxılıblar. Sürücü, Daşkəsən rayon sakini 1963-cü il təvəllüdlü Etiqad Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Gununsesi.info