Ötən gün kimya üzrə elan olunan 3 Nobel mükafatçısından biri yeni yaradılan Fransa Azərbaycan Universitetinin professorudur.
Gununsesi.info azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valhov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, Jan Pierre Savig Fransanın Strasburq Universitetinin professorudur.
“Azərbaycanda bu il yeni fəaliyyətə başlayan UFAZ universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransanın Strasburq Universitetinin birgə tərəfdaşlığı ilə yaradılıb. Yaxın gələcəkdə Bakıda Nobel mükafatçısı Jan Pierre Savigin mühazirlərinin şahid ola biləcəyik”.
Gununsesi.info