
Esenyurdda 28 yaşlı Əfqanıstan kökənli Kamal Muradi iş görüşməsi üçün getdiyi evdə mübahisə etdiyi şəxslər tərəfindən boğazı kəsilərək öldürülüb.
Gununsesi.info-nun “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb. Məlumatda bildirilir ki, sözügedən olay Hürriyet məhəlləsi, Albatros küçəsi, 16 saylı mənzildə qeydə alınıb.
Qəzetin yazdığına görə, 3 uşaq atası olan Əfqanıstan kökənli Kamal Muradi təxminən, bir ay öncə Türkiyəyə gəlib. Qeyd olunur ki, Muradi dünən axşam saatlarında telefonla əlaqə saxladıqdan sonra iş görüşməsi üçün sözügedən ünvana yollanıb. Polisin araşdırması zamanı bəlli olub ki, Muradi burada 1-i qadın, 4-ü kişi olmaqla 5 nəfərlə hələlik müəyyən edilməyən səbəb üzündən mübahisə edib. Bir qədər sonra isə mübahisə qızğın davaya çevrilib. Nəticədə Muradi boğazı kəsilərək qətlə yetirilib.
Nəzərinizə çatdıraq ki, Muradinin dostları uzun müddət ondan xəbər ala bilmədikləri üçün bu barədə polisə məlumat veriblər. Məhz bundan sonra hərəkətə keçən polis əməkdaşları Esenyurddakı həmin ünvana basqın təşkil ediblər. Həmin vaxt evdə Muradinin boğazı kəsilmiş vəziyyətdə cəsədi və bu işdə əli olanlardan iki nəfər aşkarlanıb.
Gununsesi.info









