
Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində 30 avqust – Zəfər bayramı ilə bağlı qəbul təşkil olunub.
Gununsesi.info-nun tədbirdə iştirak edən əməkdaşının xəbərinə görə, qəbulda xarici ölkələrin Azərbaycandakı səfirləri, Azərbaycanın dövlət, hökumət, həmçinin ordu təmsilçiləri iştirak edib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbiri giriş sözü ilə açıb.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust – Zəfər bayramı ilə bağlı müraciətini səsləndirdi.
Türkiyənin demokratik bir dövlət kimi dünyada öz yerini tutduğunu deyən Ərdoğanın müraciətində bildirilir ki, buna baxmayaraq hər zaman Türkiyə təhdidlər, təzyiqlər qarşısında qalıb. O, son FETÖ olaylarını xatırladaraq qeyd edib ki, bu çevriliş cəhdinin qarşısı alındı və bununla da türk milləti bu cür çevrilişlərə “yox” dedi.



Gununsesi.info












