30 yaşlı gənc Şəbnəm Tapdıqa görə DƏLİXANAYA DÜŞDÜ

  • By admin
  • 07 Noyabr 2017 15:52

“ARB” telekanalında yayımlanan “Səhər-Səhər” verilişinin qonaqlarından biri əməkdar artist Şəbnəm Tapdıq olub.

Gununsesi.info xəbər verir ki, verilişin aparıcısı Elgiz subay xanım müğənniyə “Sizin özəl həyatınız hal-hazırda nə yerdədir?” sualı ilə müraciət edib.

Xalq şairi İlyas Tapdığın qızı aparıcının sualına aşağıdakı cavabı ilə diqqət çəkib: “Sevgiyə qalsa, təsəvvür edin ki, 17 yaşımdan səhnədəyəm. İndiki kimi olmamışam, gözəl olmuşam. Nə qədər istəyən var idi. Hətta dərdimdən dəlixanaya düşənlər olub. Biri var idi, əl çəkmirdi. Belə, indi də elçi gəlirlər. Keçən il 30 yaşında bir uşaq dədəsi ilə elçi gəlmişdi. Dedim, 30 yaşla 50 yaş olmaz. Siz nə danışırsınız?!”

Gununsesi.info