
İran vətəndaşı olan 30 yaşlı Həsən Qolani Sayat Əli Araz çayı üzərindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçərkən erməni hərbiçilər tərəfindən tutulub.
Məlumata görə, Həsən mayın 18-də Araz çayı üzərindəki körpü vasitəsilə Qarabağ ərazisinə daxil olmaq istəyərkən saxlanılıb.
Hazırda həbsdə olan Həsənin İrəvana aparılacağı və orada istintaqa təhvil veriləcəyi deyilir.
Ermənistan KİV-i Həsənin kəşfiyyatçı olmasından qorxurlar, onun xüsusi istintaq altında saxlanılmasının səbəbi də məhz bu qorxudur.
mənbə: publika.az












