Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov oğlunun olmaq istədiyini açıqlayıb.
Gununsesi.org xəbər verir ki, bu barədə o, Modern.az saytına müsahibəsində deyib.
Millət vəkili oğlunun 10-cu sinifdə oxuduğunu bildirib və onun illərdir deputat olmaq istədiyini dilə gətirib:
“Oğlum deputat olmaq istəyir. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir.
İdmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məşğul olmalıdır. Həm uşaqların formalaşması, həm özünümüdafiə üçün çox önəmlidir.
İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının əsas şərtlərindən biridir.
7 il yataqxanada yaşamışam. Dövrümüz çətin illərə təsadüf edib. Həm müstəqilliyin əldə edilməsi, həm cəbhə bölgəsində gedən döyüşlərdə iştirak etmək, dövlət çevrilişlərinin qarşısını almaq… Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı”.