9 yaşlı qızı avtomobil vurub

  • By admin
  • 19 Sentyabr 2019 22:56
Abşeron rayonunda 9 yaşlı qızı avtomobil vurub.
 
Gununsesi.org xəbər verir ki, Masazır qəsəbəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Brilyant” restoranının qarşısında minik avtomobili 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
İkinci hadisə Binəqədi rayonunda baş verib.
Rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Mikayılova Səfurə Mirzə qızını vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Digər hadisə isə Xətai rayonunda baş verib.
Minik avtomobili Neft Emalı Zavodunun yaxınlığında 1996-cı il təvəllüdlü İlyasova Xəyalə Əvəz qızını vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qarının küt travması diaqnozu qoyulub.
Hər üç faktla bağlı araşdırma aparılır.
Gununsesi.org