35 yaşını qeyd edən Ronalduya bahalı “Gelandewagen” hədiyyə etdilər – VİDEO

  • By admin
  • 06 Fevral 2020 15:00

35 yaşını qeyd edən İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli portuqaliyalı futbolçu Kriştianu Ronalduya yaxın dostları gözlənilməz hədiyyə ediblər.

Gununsesi.org xəbər verir ki, doğum gününü təmtəraqlı qeyd edən məşhur futbolçu restorandan çıxdığı zaman böyük qırmızı sarğı ilə bəzədilmiş “Gelandewagen” avtomobilini görüb. Hədiyyəni görən Ronaldu təəccübünü və heyrətini gizlədə bilməyib.

“Yuventus” hücumçusu Portuqaliya dilində təbrik edən yaxınlarına təşəkkürünü edib.

Kriştianunun sevgilisi – 3 uşaq anası Corcina Rodriges həmin anları lentə alaraq, “Həyatımın kişisini təbrik edirəm” başlığı altında videonu şəxsi “İnstaqram” hesabında izləyicilər ilə paylaşıb.

Gununsesi.org