35 yaşlı qadını maşın vurub

  • By admin
  • 12 Noyabr 2017 10:35

Oğuzda 35 yaşlı qadını maşın vurub.

Gununsesi.info xəbər verir ki,  noyabrın 11-i axşam saat 19 radələrində Oğuz şəhər sakini 1982-ci il təvəllüdlü Xeyransa Soltan qızı Zakirova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirlib ki, müayinə zamanı məlum olub ki, 35 yaşlı Xeyransa Zakirova ailəsinə məxsus avtomobildən düşən zaman yolla hərəkət edən digər avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xeyransa Zakirovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Oğuz-Xaçmaz kənd avtomobil yolunda baş verib, hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info