Finlandiyanın eks-prezidenti koronavirusa yoluxub

  • By admin
  • 24 Mart 2020 13:11

Finlandiyanın sabiq prezidenti, Nobel Sülh mükafatçısı Marti Axtisaari koronavirusa yoluxub.

Gununsesi.org bildirir ki, APA-nın Finlandiya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda keçmiş prezidentin səhhəti normaldır. Qeyd edək ki, martın 21-də keçmiş prezidentin xanımı Yeva Axtisaarinin də koronavirusa yoluxduğu aşkarlanmışdı. 82 yaşlı Marti Axtisaari 1994-2000-ci illərdə Finlandiyanın prezidenti olub. BMT-nin diplomatı olan Axtisaari Kosovo münaqişəsinin həlli istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə 2008-ci ildə Nobel Sülh mükafatına layiq görülüb. REKLAM Daha ətraflı Xatırladaq ki, Finlandiyada koronavirusa 700 yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.

Gununsesi.org