3D çap texnologiyası ilə tikilən villalar istifadəyə veriləcək - DÜNYADA İLK

  • By admin
  • 20 Fevral 2018 20:20

Dubayda 3D çap texnologiyası vasitəsilə yaradılan ilk villalar iki ay ərzində istifadəyə veriləcək.

Gununsesi.info xəbər verir ki, bu binaların yaradılması üçün tələb olunan bütün avadanlıq və alətlər artıq Dubaya gətirilib.

Hələlik layihənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd olunur ki, 2030-cu ilədək şəhərdə yeni binaların 25 faizinin müasir üsulla “çap olunması” nəzərdə tutulur.

Gununsesi.info