3D sümük heyvanı ayağa qaldırdı

  • By admin
  • 26 İyun 2017 12:10

it

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şotlandiyanın Lenzi şəhərində Eva adlı ev itinin avtomobil qəzası nəticəsində sınan ayağı 3D süni sümük ilə bərpa edilib.

Ev itinin ayağının kəsilməsi nəzərdə tutulduğuna baxmayaraq, Glasgoü Universitetinin tədqiqatçı alimləri 3D printerlə hazırlanan süni sümüyü BMP-2 proteini və bəzi molekullarla birlikdə heyvanın ayağına taxıb. Süni sümük inkişaf edərək bir neçə həftə ərzində özü özünü bərpa edib. Nəticədə Eva adlı it ayağa qalxıb.

 

Gununsesi.info