4 ölkədən “Qətər” addımı

  • By admin
  • 03 İyul 2017 10:24

qeter

Çərşənbə günü Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin xarici işlər nazirləri Qətər ətrafında yaranan mövcud siyasi vəziyyəti müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə bir araya gələcəklər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər.

Belə ki, Qətərə qarşı embarqo tətbiq olunub, bu ölkənin yeganə quru sərhədi olan Səudiyyə Ərəbistanı ilə sərhədi bağlanıb, eləcə də embarqo tətbiq edən ölkələr Qətərə dəniz və hava yollarını bağlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin yaydığı birgə bəyanatda isə, Qətər tərəfindən dəstəkləndiyi idda edilən, aralarında Dünya Müsəlman Alimlər Birliyinin Başçısı Yusif əl-Karadavinin də yer aldığı 59 nəfər ilə 12 xeyriyyə təşkilatı “terrorla əlaqəli” olduğu iddiası ilə “terror siyahısına” daxil edildiyi açıqlanmışdır.

Anar

Gununsesi.info