4 otaqlı ev yandı - İSMAYILLIDA

  • By admin
  • 19 İyul 2017 22:05

yanan-ev-yangin-yanqin-yangin

İsmayıllı rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi.info