4 yaşlı qızı zorlayan şəxs edam olundu - YƏMƏNDƏ

  • Müəllif: admin
  • 17 Avqust 2017 00:00

3647687_45856776

“Ədalət yerni tapdı, qızımın qatili cəzalandı. Çox razıyam”.

4 yaşlı Şəfa əl Mətarinin anası Amal əl Mətari belə deyib.

Yəməndə 4 yaşlı Şəfa 2015-ci ilin noyabrında evdən çıxaraq həyətdə oynayırdı. Anası qızını çağıranda Şəfanı görməyib.

Şəfa yoxa çıxmışdı.

Çox sonradan bəlli olub ki, 25 yaşlı Hüseyn əl Şövkət 4 yaşlı Şəfanı əvvəlcə döyüb, sonra zorlayıb və vəhşicəsinə öldürüb.

Polis axtarışlara başlayıb, manyakı tutub. Yəmən Şəriət Məhkəməsinin hökmü ilə H. əl Şövkət edam cəzasına layiq görülüb.

O, paytaxt Sənadakı Təhrir meydanında edam edilib.

Polislər manyakı yerə uzadaraq onun başına 5 dəfə atəş açıblar. Sonra isə Şövkətin cəsədi qaldırıcı krandan asılıb.

Bir qədər əvvəl 41 yaşlı Məhəmməd əl Məğribi 3 yaşlı Rəna əl Mətarini zorlayaraq boğduğu və öldürdüyü üçün güllələnmişdi.

Gununsesi.info