4 yaşlı uşağı it dişlədi, öldü - BAKIDA DƏHŞƏTLİ HADİSƏ

  • Müəllif: admin
  • 17 Oktyabr 2019 11:18

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.

Gununsesi.org xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org