4 yaşlı uşaq qazana düşərək yanıb

  • By admin
  • 19 Noyabr 2022 20:04

Şəkidə 4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşərək yanıb.

Gununsesi.info xəbər verir ki, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Əlizadə Ömər Səxavət oğlu yaşadığı ünvanda mürəbbə bişirilən qaynar qazana yıxılaraq yanıq xəsarətləri alıb.

Yaxınları onu Şəki rayon Mərkəzi xəstəxanasına aparıblar. Azyaşlının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info