40 ildir açılmayan polad kassanın şifrəsini tapdı

  • Müəllif: admin
  • 06 İyun 2019 18:43

Kanadanın Alberta əyalətində bir turist ailəsi ilə ziyarət etdiyi kiçik bir muzeydə 40 ildir açıla bilməyən polad kassanın şifrəsini ilk təxminində tapıb.
Gununsesi.org xəbər verir ki, polad kassa bir otel tərəfindən 1970-ci illərdə bağlanıb. Kassanın 1907-ci ildə satın alındığı və şifrəsinin heç kim tərəfindən tapılmadığı üçün 40 il ərzində bağlı qaldığı bildirilib.

Qeyd edək ki, kassadan 1970- ci illərə aid restoran sifariş qəbzi çıxıb.