40 yaşdan sonra ana olanların NƏZƏRİNƏ

  • By admin
  • 19 Aprel 2022 09:35

Reproduktoloq Pavel Bazanov həm kişilərdə, həm də qadınlarda reproduktiv funksiyanın azalmağa başladığı yaş dövrünü açıqlayıb. 

Gununsesi.info xəbər verir ki, ekspert bu barədə “Вечерней Москвой” nəşrinə danışıb.

O vurğulayıb ki, 40 yaşdan sonra ilk dəfə valideyn olan cütlüklərin sayı son illərdə artmaqdadır.

“Tibb nöqteyi-nəzərindən qadınlarda reproduktiv funksiyanın pik həddi 44, kişilərdə isə 55-57 yaşda olur. Sonra kişi və qadın cinsiyyət hüceyrələrinin keyfiyyəti aşağı düşməyə başlayır. Odur ki, 50 yaşdan sonra uşaq dünyaya gətirmək kifayət qədər problemli olur”, – deyə Bazanov qeyd edib.

Gununsesi.info