Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, şəxsi yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 41,9 qram olan narkotik vasitə – heroin aşkar olunub.
Bundan başq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Mineralnıye Vodı-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetlərin təsviri görünüb. Bu səbəbdən həmin baqaja təkrar yoxlama keçirilib.
Təkrar yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında, qablaşdırılmış şəkildə 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış teleskopik dəyənək tipində predmetlər aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən iki ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info