44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın verdiyi itkilər açıqlanıb.
Gununsesi.infoxəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı ümumilikdə 3833 nəfərin öldüyünü açıqlayıb.
Bildirilib ki, hazırda 191 nəfərin taleyi məlum deyil.
Qeyd edək ki, Ermənistan Prezidenti Vaahn Xaçaturyan Praqada CEVRO universitetində çıxışı zamanı 44 günlük müharibədə ölənlərin sayını açıqlayarkən rəqəmi 4800 nəfər kimi göstərmişdi.










