Millimizin futbolçusu ABŞ Liqasında növbəti qolunu vurdu - VİDEO

  • By admin
  • 06 Sentyabr 2020 11:11

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub.

Gununsesi.info-nun məlumatına görə, “Finiks Rayzinq” klubunda çıxış edən 29 yaşlı hücumçu bu dəfə “Las-Veqas Layts” komandası ilə səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 90+5-ci dəqiqədə son nöqtəni qoyub – 2:0. Bu, təcrübəli forvardın USL-də 8-ci qolu olub.

Hazırda “Finiks Rayzinq” 11 oyundan 23 xalla B qrupunda liderdir.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmayıb.

 

 

 

Gununsesi.info