“45-46 min manat borc yazılsa da, 30 min manat pul alınıb” – Baş həkimdən açıqlama

  • By admin
  • 30 İyun 2020 13:53

“Təbəssüm Məmmədovanın xəstəxanada 17 günlük müalicəsinə 45-46 min manat borc yazılsa da, 30 min manat pul alınıb”.

Gununsesi.org-un xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, damarlarda qanaxmaların bağlanılması üçün çox müdaxilə edilib: “Təbəssüm Məmmədovanın anasının səsləndirdiyi iddia doğru deyil. Bizim personaldan heç kim ona 30 min manatın bizi qane etmədiyini deməyib. Deyə bilməz. Ümumi xərclər 45-46 min manata yaxın olsa da, biz tibbi xidmətin pulunu – 30 min manatı qəbul etmişik. Meyit də bir gün sonra yaxınlarına təhvil verilib”.

Gununsesi.org