“48 saat ərzində Ukraynaya hücum ola bilər” - CONSON

  • By admin
  • 14 Fevral 2022 23:22

“Bir çox əlamətlər Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığını göstərir”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

“Lakin Rusiya Prezidenti Vladimir Putinin fəlakətli səhvə yol verməmək üçün hələ vaxtı var. Aydın sübutlar var. Rusiyanın Ukrayna sərhədində 130 minə yaxın hərbçisi var. İstila üçün ciddi hazırlıqların başqa əlamətləri də var. Başa düşmək lazımdır ki, bu çox təhlükəli və çətin vəziyyətdir. Biz uçurumun astanasındayıq, Putinin geri addım atması üçün hələ vaxt var”, – deyə Conson bildirib.

O, bütün tərəfləri dialoqa, Rusiya hökumətini isə “Rusiya üçün fəlakətli səhvdən” qaçmağa çağırıb.

“Əlamətlər, ABŞ Prezidenti Co Baydenin də dediyi kimi, bunun növbəti 48 saat ərzində baş verə biləcəyini göstərir. Bu, son dərəcə narahatedicidir”, – Conson əlavə edib.

Daha əvvəl “Röyters” xəbər vermişdi ki, Böyük Britaniya hökuməti artan “Rusiya işğalı” təhlükəsi ilə əlaqədar Ukraynaya yeni hərbi və iqtisadi yardım paketi üzərində işləyir.

Bundan əlavə, agentliyin məlumatına görə, Conson bu həftənin sonunda Şimali Avropa və Baltikyanı ölkələrə səfər edərək, Rusiya ilə qarşıdurmada onlardan dəstək alacaq.

 

 

Gununsesi.info