Qarabag qazisinin övladı müalicəsiz qalıb

  • By admin
  • 24 May 2016 17:08

ushaq

Fərqanə Allahverdiqızı

Muradla xeyriyyə tədbirlərindən birində tanış oldum. Anasının ürək dağlayan çıxışına biganə qalmaq mümkün deyildi. Sanki hər kəsin qarşısında diz çöküb balasının sağalmasını, ətrafdakı uşaqlara, gənclərə qoşulmasını yalvararaq istəyirdi. Son ümidini iştirakçılara bağlamışdı.

Deyirlər ümid sonda ölür. Ona görə də Muradın hekayəsini paylaşmaq qərarına gəldik. Ona müalicəsini davam etdirməyə yadımçı olacaq xeyirxah insanları səfərbər etməyə nail olacağımıza inanaraq bu yola çıxdıq.

Ağdam rayonundan məcburi köçkün olan Arifzadə Murad Adil oğlu ailəsi ilə birgə Mərdəkanda məskunlaşıblar. Bir neçə aydan sonra Muradın 17 yaşı tamam olacaq. Ancaq göründüyü kimi, o, kiçik yaşlı uşaqlara bənzəyir. Buna səbəb orqanizminin, sümüklərinin inkişafdan qalmasıdır. M.Arifzadə hipofizar panifiks xəstəliyindən əziyyət çəkir. Ona laızm olan dərmanlar isə çox baha olduğundan (bir iynə 260 manat) ailənin onları almağa maddi imkanı çatmır.

 

Atası Birinci Qarabağ müharibəsində iştirak edərək travma alıb.  Ona görə ağır işlərdə işləyə bilmir. Anası Vəfa Məmədova isə övladının müalicəsinə nail olmaq üçün əlindən gələn bütün işlərlə məşğul olub:

“Balama görə, onun sağlamasına görə hər şeydən keçmişəm. Tək istədiyim Muradın sümüklərinin inkişafın etməsi, boyunun az da olsa uzanmasıdır. Mən gündüzlər xəstələrə qulluq edirəm,  evlərdə təmizlik işləri görürəm, axşamlar  isə əl işləri toxuyub satıram ki, Muradın dərmanlarını ala biləm. Bu ay bütün qazancımı və Muradın pensiyasini toplayıb ancaq bir iynə ala bildim. Bunla da heç nəyə nailola bilmirik. Artıq yaşı artıb, həmin iynə isə hər gün vurulmalıdır. Anca qmadi imkanımız yoxdur ki, 260 manatlıq iynəyi tez-tez alaq. Artıq müalicəsi də xeyli gecikib. Son 1 aylıq şansımız qalıb. Bu müddətdə müalicə ala bilməsə Muradı itirə bilərik ”.

Anannı göz yaşları olmadan dinləmək, təskinlik vermək mümkün deyil. Ailəsi bütün imkanları səfərbər edib illərdi Muradı  müalicə elətdirib. Ancaq indi davam edə bilmirlər. Yaşı da artıb deyə müalicəsi çətinləşir. 1 aydan sonra isə ümumiyyətlə mümkün olmayacaq. Anasının göz yaşlarına, yalvarışlarına dözmək olmur.

Biz də üzümüzü xeyirsevər insanlara tutaraq  bir yeniyetməyə, vərəndaşımıza şəfa tapması üçün yardımçı olmağa çağırırıq. Əks halda 1 aydan sonra Muradı itirə bilərik. Böyük ürəkli, xeyirxah insnaların səsimizə səs verəcəyinə inanırıq. Muradın taleyinə biganə qalmayaq.

ff

– See more at: http://turkustan.info/news/6288#sthash.otKXi9ku.dpuf