“50 mini ailəmə, özümə xərcləyərəm” –  Natavan

  • By admin
  • 14 İyun 2017 19:50

natavan

 

“Saçlarımın başına bütün günü oyun açıram. Onu rəngləməyim əslində əhvalımla bağlıdır. Hər şey yaxşıdır, gözəldir, istəyirəm saçlarım da özümə oxşasın. Onlar üzərində eksperiment etməyi xoşlayıram. Ancaq hər zaman əvvəlki formaya qayıdıram. Bilirəm ki, saçımın ən gözəl modeli doğulduğum rəngdir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlamasında deyib.

Sənətçi bildirib ki, makiyaj etməkdə ona bacısı məsləhət verir:

“Bacım kosmetika işlərində peşəkardır. Ona maska de, sənə 65 cürünü hazırlasın. Saça qulluqla bağlı hər şeyi bacarır. Mənim üzərimdə təcrübələr etməyi də çox sevir”.

N.Həbibi heç vaxt bahalı klip çəkdirməyəcəyini söyləyib:

“50 mini özümə, evimə, avtomobilimə, ailəmə xərcləyərəm. Yerli şou-biznesdə sənət dəliləri var ki, belə edirlər. Ancaq mən sənət yox, musiqi dəlisiyəm. Heç vaxt demərəm ki, hər şeyimi qurban verim, təki bu səhnədə olum. Səhnə hər şeyini versin, gəlsin yanımda dursun. Əvvəlcə özümü, ailəmi, durumumuzu fikirləşirəm. O qədər kasıblıq gördüm ki, indi rahat yaşamaq istəyirəm. Niyə görə acından ölüm, yeməyim və kiməsə deyim ki, al sən ye, mənə klip çək”.

Müğənni toyundan da söz açıb:

“Toy tarixini gizlətmirəm. Sadəcə açıqlamağı lazım bilmirəm. Lazım olan zamanda hər şey açıqlanacaq. Mediya nümayəndələrini kamerasız dəvət edəcəm. Toyumu insanlara, tamaşaçılara göstərmək istəmirəm. Sevənlərim məndən inciməyəcəklər. Çünki onlar mənim toyumu çoxdan gözləyirlər. Deyirlər sən canı göstərmə, amma evlən. Məni sevənlər xoşbəxt və ana olmağımı çoxdan gözləyirlər. Sizə demişdim ki, mən ailə qurandan sonra toylar azalacaq. Ancaq demişdim ki, mahnılar hər zaman olacaq. Çünki oxumasam, ürəyim partlayar”.

 

Gununsesi.info