51 yaşlı kişi intihar etdi

  • By admin
  • 24 Mart 2022 13:43

Ağcabədidə 51 yaşlı kişi özünü asaraq intihar edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qiyamədinli kəndində baş verib.

Kənd sakini Vəliyev Çingiz Rövşən oğlu yaşadığı həyətdə yardımçı tikilidən özünü asıb. İlkin məlumata görə, Ç.Vəliyev Maştağada əsəb dispanserində qeydiyyatda olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info