58 min “Volkswagen Touareg” geri çağırıldı

  • By admin
  • 12 Dekabr 2017 23:25

Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min “Volkswagen Touareg” avtomobilini geri çağırır.

Trend-in məlumatına görə, onlardan 25,8 mini daxilə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaz təmizləyici sistemdə yaranmış nasazlıqdır.

Volkswagen konserni artıq həmin avtomobillərin istehsalında lazımi dəyişikliyi etdiyini bildirib.

Gununsesi.info