Sahil Babayev veteranların təqaüdünün artırılmasına qarşı çıxdı - Onların əmək qabiliyyəti var

  • By admin
  • 28 İyun 2022 13:36

 

Milli Məclisin bugünkü iclasında müharibə veteranlarına verilən təqaüdün 130 manata qaldırılması təklif olunub.

Gununsesi.info bildirir ki, ancaq iclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna qarşı çıxıb.

O, deyib ki, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq və  bu dövlət siyasətidir.

Nazir daha sonra əlavə edib:

2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırıldı. Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir”.

 

Günay 

Gununsesi.info