59 deputat tələb etdi, Sahibə Qafarova sərəncam imzaladı

  • Müəllif: admin
  • 31 İyul 2020 19:46

Milli Məclisin növbədənkənar sessiyası olacaq.

Gununsesi.info xəbər verir ki, parlamentin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixindən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, sessiyada “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək.

Gununsesi.info