6 otaqlı ev yandı

  • By admin
  • 02 Sentyabr 2016 21:00

ev

 

Massalıda 6 otaqlı ev yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonun Ətcələr kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info