6 yaşlı qıza “göz dikən” molla həbs olundu

  • By admin
  • 30 İyul 2016 16:05

molla

 

Əfqanıstan polisi iyulun 27-də 6 yaşlı uşaqla evləndiyinə görə bir mollanı həbs edib. Mollanın özü bunu nikah adlandırır, amma uşağın valideynləri qızlarının oğurlandığını deyirlər.

UŞAQ EVLİLİYİ QANUNİDİR?

Yaşı 50-ni keçən Sayed Mohammad Karim Əfqanıstanın mərkəzində yerləşən Ğor əyalətinin bir kəndində molladır. O bu həftə azyaşlı uşağı oğurlamaq və onunla evlənmək ittihamı ilə həbs edilib.

Bu olay Əfqanıstanda azyaşlı evliliklər və onların qanuniliyi məsələsini gündəmə gətirib.

Karim qızı valideynlərindən «hədiyyə» kimi aldığını iddia edir. Karim-in dini davamçıları olan valideynlərsə qızlarının evdən oğurlandığında israrlıdırlar.

Əfqanıstanın mülki qanununa görə, qızlar 16 yaşından başlayaraq ərə gedə bilərlər. Ancaq ölkə konstitusiyası şəriət qanunlarını da tanıyır. Məhz bu uyuşmazlıq uşaq evliliklərinə yol açır.

Əfqanıstanda şəriət qanunlarının təfsiri qızların uşaq yaşlarında evli olmasına icazə verir, ancaq cinsi yetişkənliyə çatandan sonra gəlinə evliliyə son qoymaq imkanı da yaradır.

«QIZ MƏNƏ HƏDİYYƏ VERİLİB»

Ölkə konstitusiyasındakı bəzi liberal və demokratik elementlər çox vaxt elə əsas qanunun özündə əksini tapan bu müddəayla uzlaşmır: «Heç bir qanun müqəddəs İslam dininin inanc və müddəalarına zidd gedə bilməz».

Karim deyir ki, «Qız mənə hədiyyə verilib. Biz evləndik ki, mən onu böyüdə bilim».

19 yaşında qızı daş-qalaq edib öldürdülər

Əfqanıstanda dini və ictimai normaların tələbinə görə, qızlar yalnız evli olarlarsa, ailə üzvü olmayan kişi ilə yaşaya bilərlər. Bu ölkədə övladlığa götürmə təcrübəsinə tək-tək hallarda rast gəlinir.

«Valideynlər qızlarını mənə verəndən sonra dedilər ki, onu istədiyim yerə apara bilərəm. Mən də qızı bacım oğluna verdim ki, qayğısına qalsın, ancaq o, bir həftədən sonra qızı geri qaytardı…», – Karim belə deyir.

Uşağın valideynlərinin niyə onu hədiyyə vermək qərarına gəldiyi haqqında Kərimheç nə demir.

«ALLAHA XOŞ GETSİN DEYƏ…»

Əfqanıstanın kənd yerlərində Allaha xoş getsin deyə, insanların din adamlarına pul, mal-qara və torpaq bağışlaması adi haldır. Amma uşaqlarını da din adamlarına verənlər tapılır.

Molla Karim onu da deyir ki, «nikah Ramazan ayında 30-40 nəfərin iştirakıyla keçirilib». O, «gəlin»in valideynlərinin də mərasimə qatıldığını söyləyir.

Mollanın dediklərini qızın valideynləri qətiyyətlə rədd edirlər. Elə polisə də onlar üz tutublar.

Karim deyir ki, o, 6 yaşlı qızla – Bibi ilə cinsi əlaqəyə girməyib. Yerli həkim də bu iddianı təsdiqləyib:

HƏKİM DEYİR Kİ…

«İki mamaçanın qatıldığı müayinə proseduru göstərir ki, qız heç bir fiziki, yaxud psixoloji zədə almayıb», -Firozkoh xəstəxanasının həkimi Nashafarin Shihab belə deyib.

Qadın işləri üzrə idarənin Ğordakı məmuru Masooma Anwar bu «evliliyi» «qorxunc» adlandırıb. Ancaq işin bəzi incəliklərinin qaranlıq qaldığını da vurğulayıb.

Əfqanıstan Müstəqil İnsan Hüquqları Komissiyası (AIHRC) bildirir ki, ölkədə uşaq evliliklərinin sayı artır.

ÇIXIŞ YOLU İNTİHARDIR?

AIHRC rəhbəri Sima Samar-ın sözlərinə görə, «bəzi regionlarda təhlükəsizliyin olmaması və yoxsulluq ucbatından canını qızlarından qurtarmaq istəyən ailələr onları erkən yaşlarından ərə verirlər».

«Save the Children» beynəlxalq qeyri-hökumət təşkilatının məlumatına əsasən, Əfqanıstanda yaşı 50-yə çatmayan qadınların 15 faizi 15 yaşına çatmadan ərə verilib. Qadınların, az qala, yarısı da 18 yaşını haqlamadan bu taleni yaşayıb.

İyulun 16-da Ğor əyalətində hamilə qız diri-diri yandırılıb. 14 yaşlı Zahra-nın ata-anası iddia edir ki, ərinin ailəsi işgəncə verərək, onu yandırıb. Qızcığazın ərinin valideynləri isə onun özünü yandırdığını iddia edirlər.

Əfqanıstanda bəzi qadınlar məcburi ərə verilməkdən və çox zaman qaba davranış və təhqirlərdən cana doyaraq, çıxış yolunu özlərini yandırıb öldürməkdə görür.

Gununsesi.info