6 yaşlı qızı maşın vurub öldürdü

  • Müəllif: admin
  • 12 Oktyabr 2017 09:36

qeza_0235

Gununsesi.info xəbər verir ki, Oğuzda 6 yaşlı qızı maşın vurub.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 11-i saat 19.00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü məlum olub.

Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu minik avtomobili vurub.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.

Gununsesi.info