60 il timsahlarla yaşayan “Tarzan” - FOTO

  • By admin
  • 04 Sentyabr 2017 20:20

577965_05

Gununsesi.info xəbər verir ki, Avstraliyada yaşayan Mixael Peter Fomenko, düz 60 ildir müasir həyatdan uzaq düşüb. Öz səyiylə həyatda qalmağı bacaran Fomenko, yaşadığı meşədəki timsah və çöl donuzları ilə qidalanır.

Özünü gerçək həyat Tarzanı adlandıran Fomenko timsah və donuzu ovlamaq üçün heç bir silahdan istifadə etməyib. Həyatda qalmaq üçün ulu əcdadları kimi təbii vasitələrdən yararlanan “Tarzan” hazırda qocalar evində yaşayır.

Gununsesi.info