61 il birlikdə yaşayan cütlük eyni gündə koronavirusdan öldü - FOTO

  • By admin
  • 13 May 2020 21:54

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində 61 ildir birlikdə yaşayan Patrisiya və Bill Olviq cütlüyü eyni gündə koronavirusdan dünyasını dəyişib.

Gununsesi.org  xarici mediaya istinadən xəbər verir ki, ömürlərinin son illərini qocalar evində keçirən cütlük eyni vaxtda Covid-19-a yoluxub. Əvvəlcə Billin daha sonra isə Patrisiyanın vəziyyəti pisləşib.

Onlar 6 saat fərqlə xəstəxanaya yerləşdiriliblər. Onlar süni nəfər aparatına qoşulsalar da, həyatlarını xilas etmək mümkün olmaylb.

Əvvəlcə Bill, 40 dəqiqə sonra isə Patrisiya dünyasını dəyişib.

 

 

 

Gununsesi.org