
Yeni yaradıcılıq qalereyası olan Nur Art House mərkəzinin və “Gənclik nəfəsi” adlı sərginin açılışı olub. NUR Art House qalereyasının açılış tədbiri təsadüfü deyil ki, “Gənclik nəfəsi” adlanır. Qalereyanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin tələbələrinin əl işlərindən ibarət keçirdiyi sərgidə ənənvi xalçaçılıq, qobelen və batika işləri nümayiş olunacaq. Məqsəd qədim xalça sənətimizi yetişən nəslin nəfəsində, duyğu və düşüncələrində ənənə və müasirliyin qovuşaraq daha mükəmməl sənət əsərləri yaratmasına nail olmaqdır. Belə nümunələrdən biri artıq toxuma mədəniyyətimizə daxil olan, texnoloji xüsusiyyətlərinə, kompozisiya və milli estetikanın ümumi prinsiplərinə görə xovsuz xalçalara çox yaxın olan qobelen sənətidir. Qobelen qısa zamanda sözün əsl mənasında milliləşdi və estetik mədəniyyətimizin tərkib hissəsinə çevrildi. Gənclərimiz qobelendə hiss, duyğu və düşüncələrini daha parlaq rənglərlə ifadə edirlər. Sərgidə Aynurə Mahmudlu, Jalə Rəfili, Səbinə İsgəndərli, Nərgiz Abbasova, Aysel Süleymanova, Bürhan Qəhrəmanlı, Məryəm Hümbətov, Şəhla Abbasova və s. gənc rəssamların əsərləri nümayiş ediləcək. Bugündən NUR Art House bütün mədəniyyətsevərlərin evidir, milli dəyərlərimizə və mədəniyyətimizə xidmət etmək istəyən hər kəsi evimizə dəvət edirik Ünvan: İçərişəhər Qəsr küçəsi N: 27-də yerləşən NUR Art House Əlaqə tel.: (012) 497 04 54 Qalereyası fəaliyyətini milli irsin qorunması, yaradıcılığın himayə edilməsi, mədəniyyətin insan inkişafı amili kimi qəbul edilməsi, tariximizlə bugünümüzün qovuşması bu prinsiplər üzərində qurub, həmçinin dostluğa, barışa, mədəni əlaqələrin inkişafına yardım etmək niyyətindədir. Nur Art Hose qalereyasının məqsədi dekorativ-tətbiqi sənətin və təsviri sənətin bütün sahələrinə aid yaradıcılıq nümunələrinin tanıdılmasına nail olmaq, istedalı gəncləri və uşaqları dəskləmək, onların yaradıcılıq sərgilərinə ev sahibliyi etmək, yetişməkdə olan gənc nəslin zövqündə gözəl sənət növlərimizin formalaşmasına və inkişafına yardımçı olmaq, həmçinin bu sahədə maarifləndirici konfransların keçirilməsinə, mədəniyyətimizin hər bir sahəsini əhatə edən kitabların təqdimatına, film və videogöstərilərinin izlənməsinə şərait yaratmaqdır. Bundan başqa dünya mədəniyyəti nümunələrinin də sərgilənməsinə ev sahibliyi etməklə yanaşı beynəlxalq qurumlarla birgə mədəni layihələrin həyata keçirilməsinə təşəbbüs göstərir.
Azərbaycan Turizm İnstitututunun müəlliməsi Vüsalə Məmmədzadə əməkdaşımızla söhbətində bu sərginin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür sərgilər milli maraqlarımız baxımından əhəmiyyətlidir: “Mədəniyyətlərarası dialoqda xalçanın rolunu və qədim ənənələrə malik Azərbaycan xalça sənətinə gənclərin münasibətini nümayiş etdirmək vacibdir.
NUR Art House mərkəzinin acılışı, Azərbaycan mədəni irsinin təbliğində, yaşamasında, dünyaya çatdırılmasıdna əvəssiz rolu olan professor Röya xanım Tağıyevanın təşəbbüsü ilə açılıb”.