64 yaşlı qadını maşın vurub

  • Müəllif: admin
  • 23 Yanvar 2018 09:25

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki bazarın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1954-cü il təvəllüdlü Bayramova Güllü Məhəmməd qızını minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırlıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info