65 yaşı tamam olan 16 məhkum azadlığa buraxılıb

  • By admin
  • 07 Aprel 2020 13:03

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 16 məhkum azadlığa buraxılıb. 

Gununsesi.org xəbər verir ki, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 1944-cü il təvəllüdlüdür. 

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam əsasında 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan məhkumlara buraxılış arayışlarını Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təqdim edib.

Gununsesi.org