66 milyon illik tapıntı - FOTO

  • Müəllif: admin
  • 15 İyun 2017 16:23

tapnt (1)

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çinin şimal-şərqində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan qalıqlar mütəxəssisləri şoka salıb.

Belə ki, ölkənin şimal-şərqindəki Yenci şəhərinin Longşan bölgəsində may ayından başlayaraq aparılan arxeoloji qazıntılar zamanı çox sayda sümük qalıqları aşkarlanıb.

Çin Elmlər Akademiyasının Paleontologiya və Paleoantropoloji İnstitutunun mütəxəssisləri tapıntıların e.ə 145-66 milyon il əvvəl mövcud olan timsah və dinozavrlara aid olduğunu bildirib. Bu isə 66 milyon il əvvəlki dövrə təsadüf edir.

Arxeoloq Cin Çangcu bənzəri tapıntıların daha əvvəl Çınqdu şəhərində də qeydə alındığını deyib: “Hazırda əldə edilən yarım metr uzunluğa malik timsah qalığı uzun illər keçməsinə baxmayaraq, yaxşı vəziyyətdə qalıb. Skletlər içərisində camarasaurus, iquanodon və ceratopsian adlı dinozavr növlərinə aid diş, baş və bir sıra qalıqlar tapılıb”.

tapnt (1)

Gununsesi.info