Xaçmazda 67 yaşlı qadın kanalda batıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytlna istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə iyulun 9-da Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxəliyeva Pəri Qubad qızının batması barədə məlumat daxil olub.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.