
Misirdə 7 aylıq körpənin ölümü ilə nəticələn dəhşətli hadisə baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində 7 aylıq körpə qara qarğanın qurbanına çevrilib.
Belə ki, balkondan evə daxil olan qarğa, otaqda yatan 7 aylıq Adəm adlı körpənin boynunu güclü dimdiyi ilə yaralayıb.
Hadisəsi zamanı xəsarət alan körpə dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq Adəmin həyatını xilas etmək mümkün olmayıb.
Anar
Gununsesi.info












