70 yaşlı kişi İslam mərkəzinə silahla hücum etmək istəyib

  • By admin
  • 05 Dekabr 2017 09:20

Gununsesi.info xəbər verir ki, ABŞ polisi Florida ştatının Ceksonvil şəhərindəki İslam mərkəzində atəş açmaq istəyən şəxsi zərərsizləşdirib.

“İslam mərkəzində insalara odlu silahdan atəş açmağı planlaşdıran 69 yaşlı Bernardino Bolatete saxlanılıb “, – ofisin Facebook səhifəsində dərc edilmiş yazıda bildirilir.

Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, Bolatete adı açıqlanmayan ABŞ vətandaşının verdiyi məlumat əsasında həbs edilib. “Həbs edilən şəxs Federal Təhqiqatlar Bürosuna təhvil verilib”,-deyə ofisdə əlavə ediblər.

Gununsesi.info