70 yaşlı təqaüdçü 300-dən artıq uşağı zorlayıb – ƏN BALACA QURBANIN ÜÇ YAŞI VAR

  • By admin
  • 02 Mart 2017 09:16

usaq tecavuz

Danimarkada uşaqlara qarşı 346 zorlama halında şübhəli bilinən 70 yaşlı təqaüdçüyə qarşı ittiham irəli sürülüb.

Gununsesi.info “Report”a istinadən bildirir ki, Kopenhagendən olan kişi “sifarişlər”i internet vasitəsi ilə həyata keçirib.
O, Filippin sakinlərini azyaşlı uşaqları onun müşahidəsi altında zorlamağı təklif edib. Qeyd olunur ki, bir sıra hallarda uşaqlara qarşı zorakılıq edənlər onların öz valideynləri olublar. Ən balaca qurbanın üç yaşı var.
Məhkəmə prosesi fevralın 28-də başlayıb. Müttəhim hazırda həbsdədir.

Gununsesi.info